Tanınmış müğənni Emin Ağalarov müasir rus estradasının "Premia Muz-TV 2014" illik televiziya mükafatı nominasiyasında "Ən yaxşı şou konsert" verən namizədlər sırasına layiq görülüb. SİA-nın verdiyi xəbərə görə, namizədlər arasında Eminlə yanaşı Eva Polna, Ani Lorak, Serqey Lazarev, Nyuşa da var. Mükafatlandırma mərasimi 6 iyunda Moskvanın "Olimpiya" kompleksində baş tutacaq.
Qeyd edək ki, Eminin 2013-cü ildə Moskvada "Crocus City Hall"da verdiyi konsert tamaşaçılar və media nümayəndələri tərəfindən böyük marağa səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB