Bu gün əməkdar artist Fidan Hacıyeva "Sevgili canan" adlı konserti ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, aprelin 19-da verəcəyi konsertin fərqli olacağını bildirib: " "Sevgili canan" konsertimdə bir çox yeniliklər, improvizələr olacaq. Opera ilə pop-caz musiqisi sintez ediləcək. Konsertin birinci hissəsində tamaşaçılara tanış əsərlər səsləndirəcəm, ikinci hissədə isə sırf romanslar təqdim edəcəm. Məni Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 150 nəfərdən ibarət simfonik orkestri müşayiət edəcək.
Qeyd edək ki, konsertin dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, xalq artisti Cavanşir Cəfərov olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB