"O səs Türkiyə" müsabiqəsinin qalibi Mustafa Bozkurt ifaçı Mustafa Sandaldan danışıb. SİA-nın verdiyi xəbərə görə, Mustafa Sandal Bozkurtun aktyor kimi fəaliyyət göstərməsinə qarşı çıxır. Belə ki, Sandal konsertlərində solist kimi səhnəyə çıxan Bozkurtun ilk növbədə müğənni kimi məşhurlaşmasını istəyir.
Bu haqda jurnalistlərə açıqlama verən Bozkurt 1 ildir ki, Mustafa Sandalla birgə fəaliyyət göstərdiyini deyib: "Bir ildir ki, Mustafa Sandalla birlikdəyik. Bütün konsertlərdə ondan əvvəl səhnəyə çıxıram. İstəmir ki, mən aktyor olum. Deyir əvvəlcə musiqi olmalıdır. Çünki özü də belə edib".
Qeyd edək ki, Mustafa Sandal aprelin 5-də Heydər Əliyev Sarayında konsert verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB