Günayı ağlatdılar

Uzun zamandır müzakirə olunan "Biletini alma" mahnısına müğənni Günay İbrahimli də münasibət bildirib. SİA-nın verdiyi xəbərə görə, ifaçı verilişlərin birində mahnını Aygün Kazımovanın ifasında eşidəndə ağladığını etiraf edib: "Sözügedən bəstəni mən oxumalıydım. Lakin ilk dəfə radioda Aygün xanımın ifasında eşidəndə hönkürüb ağladım. Ramal bu mahnını mənim üçün yazmışdı. Vurulmuşdum bu mahnıya, gözlərim dolmuşdu. Lakin Ramalın mahnıları bahalı olduğu üçün razılaşa bilmədik".

Bütün xəbərlər Facebook səhifəmizdə