Namiq mərhum reperin arzusunu həyata keçirəcək

Namiq mərhum reperin arzusunu həyata keçirəcək

Prodüser Sayqa Cahid Hüseyn Dərya ilə bağlı daha bir məqamın üstünü açıb. SİA-nın verdiyi xəbərə görə, o, mərhum reperin arzusundan söz açıb: "Dərya istəyirdi ki, Namiq Qaraçuxurlu ilə duet oxusun. Hətta mahnının sözlərini də yazmışdı. Rep hissəsini özü demişdi, Namiqin oxuyacağı parçanı isə şeir formasında yazdırmışdı".

Namiq prodüserin bu sözlərinə cavab verib: "Allah Hüseyn Dəryaya rəhmət eləsin. Bu məsələdən xəbərim yox idi. Kaş o vaxt biləydim. Onunla məmnuniyyətlə duet oxuyardım. Bu mənim də sənətimdə fərqli bir yenilik olardı. Əgər mahnı hazırdısa, bunu reallaşdıracam. Onu da deyim ki, ölmüş insanın adı ilə özümü reklam etməyə ehtiyacım yoxdur. Bunu Hüseyn Dəryanın ailəsi üçün, ruhunu sevindirmək üçün edəcəm. Virtual duet hazırlayacam".

Bütün xəbərlər Facebook səhifəmizdə