Rusiyanın tanınmış müğənnisi Timati Bakıya gəlir. SİA-nın verdiyi xəbərə görə, konsert mayın 17-də otellərin birində həyata keçəcək. "Devoçka bomba", "Prokotis somnoy", "Vce konçaetsya" kimi sevilən mahnıların ifaçısı olan Timati azərbaycanlı sevənlərinə möhtəşəm gecə vəd edib.
Qeyd edək ki, bu, rusiyalı müğənninin ölkəmizə ilk gəlişi deyil. Məşhur rep ifaçısı ötən il də Bakının qonağı olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB