Mərhum reperin dostlarından Nadirə cavab gəldi DƏHŞƏT

Mərhum reperin dostlarından Nadirə cavab gəldi DƏHŞƏT

Reper Hüseyin Dəryanın avtomobil qəzasında həlak olmasından bir neçə gün keçsə də, müzakirələr davam edir. Belə ki, ötən gün müğənni Nadir Qafarzadənin mərhum haqqında "1-cisi ölüb, cəhənnəmə, qara-gora, böyük iş olub? Gedin qara geyinin, yas saxlayın, sağ olanda keç kim yox idi. Küçələrdə qalanda, dilənəndə, döyüləndə, ac qalanda hardaydınız? İndi əziz oldu?" sözlərini deməsi Dəryanı sevənləri qıcaqlandırıb. Belə ki, repərə yaxın olan şou-biznes nümayəndələri Nadirə cavab verib:

Prodüser Sayqa Cahid: "Ən qatı düşmən haqda da bu cür təhqiramiz fikir səsləndirmək olmaz".

Rejissor Kənan M.M: "Dünyasını dəyişmiş adam haqda təhqir işlətmək kimsəyə baş ucalığı gətirməz".

Keçmiş həyat yoldaşı Sona İbadova: "Bu, elə sözdür ki, cavabı belə yoxdur".

Qeyd edək ki, Hüseyn Dəryanın fanatları N.Qafarzadənin bu sözlərinə sosial şəbəkələrdə sərt cavablar yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə