Əməkdar artist Almaz Ələsgərova şəxsi həyatından danışıb. SİA-ya açıqlama verən sənətçi qızlarından da söz açıb: "Bildiyiniz kimi, qızlarımdan biri xaricdə təhsil alır. Digər övladım isə mənimlə birgə qalır. Onları gəlin köçürdükdən sonra özüm də ailə həyatı quracam. Ərə getdiyim bəy sözün əsl mənasında kişi olmalıdır. Həm görünüşü, həm də xarakteri ilə cəlb etməlidir. Onu da deyim ki, hazırda həyatımda heç kim yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB