Dünya ulduzu Azərbaycana gəlməyəcək

Dünya ulduzu Azərbaycana gəlməyəcək

Dünyaca məşhur müğənni Mark Entoni konsert vermək üçün Bakıya gəlməyəcək. SİA-nın verdiyi xəbərə görə, sənətçinin may ayında həyata keçirəcəyi konserti təxirə düşüb.

Qeyd edək ki, Mark Entoni dünya turu çərçivəsində mayın 23-də "Baku Crystal Hall"da konsert proqramı ilə çıxış etməli idi. Hətta konsertin biletləri satışa belə çıxarılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə