Azərbaycanlı müğənni tanınmış yarışmada bəyənildi

Azərbaycanlı müğənni tanınmış yarışmada bəyənildi

Azərbaycanın "Eurovision-2014" təmsilçisi, müğənni Dilarə Kazımova dünyada məşhur olan "Qolos Krayni" müsabiqəsinə qatılıb. SİA-nın verdiyi xəbərə görə, ilk turda müğənni "Döyüşsüz təslim olmaram" adlı mahnısını ifa edib. Oxuduğu bəstənin müəllifi bəstəkar Svyatoslv Vakarçuk münsiflər heyətinin tərkibində olub. O, Dilarəyə çıxışının sonunda dönərək ifasından daha çox səsinə heyran olduğunu söyləyib. Vakarçuk ifaçıdan Azərbaycan bəstəsini də oxumağını xahiş edib. Müğənni Azərbaycan xalq mahnısı "Sarı gəlin"i ifa edib. Vakarçuk səhnəyə qalxaraq Dilarəni qucaqlayıb, öpərək "Afərin!" deyib.

Qeyd edək ki, münsiflər heyətinin tərkibinə Tamara Qvartiselli, Sergey Lazerev və Ani Lorak daxildir. Onların heç biri müğənninin səsinə dönməyiblər. Müğənni müsabiqədə iştirakını S.Vakarçukun komandasında davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə