Yaşar Cəlilov qonşusuna eşq elan etdi FOTOLAR

Yaşar Cəlilov qonşusuna eşq elan etdi FOTOLAR

Müğənni Yaşar Cəlilov "Ay qonşu" adlı mahnısına klip çəkdirib. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "Klipin sujet xətti qonşuma olan sevgimdən bəhs edir. Sayca 13-cü klipimdir. Sevilən və professional aktyorlarla kamera arxasına keçmək mənə böyük zövq verdi. Bu işimizin də uğurlu alınacağına əminəm".

Nəzərinizə çatdıraq ki, ekan işində əsas rolları müğənni ilə yanaşı, Gənc Tamaşaçılar Teatrının aktyorları, əməkdar artist Nəsibə Eldarova (nənə), Natiq Fərzəliyev (satıcı) və Səbinə Məmmədova (qonşu qız) canlandırıb. "Ay qonşu" mahnısına çəkilən klip "Bizim Cəbiş müəllim" və "Məhəllə" filmlərinin çəkildiyi həyətdə lentə alınıb.

Qeyd edək ki, "Ay qonşu"nun ssenari müəllifi Azər Baxşəliyev, rejissoru Elmir Süleymanovdur. Klipin operatorları Rəşad Qarayev, Cavanşir Ağayev montaj işi Elnardır. Bəstənin sözləri Azər Şirinin, musiqisi Tərlan Məmmədhüseynovundur.

Çəkiliş prosesindən olan fotoları sizlərə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə