Bred Pittin keçmiş həyat yoldaşı Cennifer Eniston aktyorluq karyerasına fasilə verəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, nəzərdə tutduğu iki layihəni reallaşdırdıqdan sonra sənətdən gedəcək.
Aktrisanın sözlərinə görə, 2015-ci ildən şəxsi həyatı ilə məşğul olacaq. Daha əvvəl də sənətçi kinodan getmək istədiyini açıqlasa da, bu dəfə qərarının qəti olduğunu deyib. Buna səbəb isə sevgilisi Castin Teru ilə çox vaxt keçirə bilməməsidir: "Ayrı-ayrı yerlərdə işlədiyimiz üçün rahat görüşə bilmirik. Bu, çox narahatlıq yaradır. Artıq sevgimizi doya-doya yaşamağın zamanıdır".
Cennifer həmçinin qeyd edib ki, 2015-ci ildə Castinlə ailə qurmaq fikrindədir və onun qanuni xanımı olmaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB