Müğənni Ramal İsrafilov illər öncəsinə qayıdaraq repertuarında olan mahnısından söz açıb. Sənətçi bu haqda SİA-ya açıqlama verərək "Həsrət nəğməsi" bəstəsini ilk olaraq özünün ifa etdiyini dilə gətirib: "Zamanında "Həsrət nəğməsi" mahnısını əməkdar artist Elza Seyidcahan da oxumuşdu. Buna görə, Elza xanımla aramızda bir az inciklik yaranmışdı. Ancaq hazırda münasibətlərimiz normaldır. Xüsusi ilə nəzərinizə çatdırım ki, "Həsrət nəğməsi" bəstəsini ilk olaraq mən ifa etmişəm. Hətta klip də çəkdirmişəm. Ancaq mahnının musiqisi Elza xanıma, sözləri Qənirə Paşayevaya məxsusdur".
Qeyd edək ki, Ramal İsrafilov hazırda yenicə təqdim etdiyi "Biletini alma" mahnısına görə də xalq artisti Aygün Kazımovayla qalmaqal yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB