Teleaparıcı 4 ildən sonra sevdiyi xanıma qovuşdu FOTOLAR

Teleaparıcı 4 ildən sonra sevdiyi xanıma qovuşdu FOTOLAR

Teleaparıcı Anar Cəfərov ailə həyatı qurub. SİA-nın verdiyi xəbərə görə, aparıcı 4 ildir sevgi münasibəti yaşadığı Zamirə xanımla nikah masasına əyləşib. Anarı xoş günündə şou-biznes nümayəndələri tək qoymayıb. Onlar arasında müğənnilərdən Emil Bədəlov, Sevil və Sevinc bacıları, Elvin Abdullayev, aparıcılardan İlkin Həsəni, Samir Bayramlı, Afaq Gəncəli, Nərgiz Vahabqızı, aktyor Elnur Kərimov və başqaları olub.

Gecədə maraqlı anlar yaşanıb. Belə ki, bəylə gəlin rəqs edərək qonaqları başlarına cəm ediblər.

Qeyd edək ki, Anar Cəfərov hazırda Xəzər telekanalında "Bizim gün" verilişinin aparıcısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə