Bu gün müğənni-bəstəkar Ramal İsrafilov "Biletini alma" klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, tədbiri teleaparıcı Novruz Məmmədov idarə edib. Ramalı şou-biznes nümayəndələri də tək qoymayıb. Belə ki, ona dəstək olmaq üçün əməkdar artist Elza Seyidcahan, müğənnilərdən Elnur Məmmədov, Natəvan Həbibi, Emil Bədəlov, Mirkamil Kamilov, Pərvin Lətifov, Vüsal, Günay İbrahimli, Xatun, media nümayəndələri və başqaları təşrif buyurub.
Teleaparıcı mərasimi açıq elan edərək səbəbkarı səhnəyə dəvət edib. Ramal da öz növbəsində hər kəsi salamlayaraq repertuarında olan mahnılarını səsləndirib. Daha sonra səhnəyə çıxan çılpaq rəqqasə xanımlar tədbirə daha da rəngarənglik qatıblar.
Klip təqdimatında ekran işinin rejissoru Şahin Zəkizadə, model Aysel və Ramal jurnalistlərin bütün suallarını cavablandırıblar.
Ekran işi haqqında danışan rejissor fikirlərini bildirib: "8 il idi ki, klip çəkmirdim. Amma "Biletini alma" ekran işini lentə alaraq uzun fasiləyə son qoydum. Klipdə süjet xətti yoxdur. Lentə aldığımız klipdə iki sevən insanın ayrı olarkən çəkdiyi əziyyətlərdən söz açılır və hər şey xəyallar aləmində baş tutur. Ekran işinin ideyası özümə məxsusdur və burda əziyyəti olan hər kəsə təşəkkür edirəm".
Ramalda klipi barəsində öz təəssüratlarını dilə gətirib: "Bu ekran işini ərsəyə gətirərək tənbəlliyimə son qoymaq istədim. "Biletini alma" klipinə çəkdiyim qiyməti açıqlamayacam. İnşallah belə kliplərim sayca davamlı olar".
Qeyd edək ki, mərasimin sonunda Ramal ona hədiyyə göndərilən tortu kəsib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB