Müğənni: “Kərimin oxuduğu mahnını heç vaxt oxumaram"

Müğənni: “Kərimin oxuduğu mahnını heç vaxt oxumaram"

Müğənni Günay İbrahimli həmkarı Kərim Abbasovun ifa etdiyi "Mənə bir az ondan danış" adlı mahnısı haqqında danışıb. O, SİA-ya açıqlaması zamanı sözügedən sənət yoldaşı ilə duet oxumaq istədiyini də dilə gətirib: "Kərimin "Mənə bir az ondan danış" adlı bəstəsini heç vaxt ifa etmərəm. Çünki mənə uyğun mahnı deyil. K. Abbasovun öz tərzi var. O, bu bəstəyə yeni nəfəs verib. Müğənni elə bir bəstəyə müraciət etməlidir ki, onu tamaşaçıya çatdıra bilsin".

Qeyd edək ki, Günay İbrahimli yaxın günlərdə Kərim Abbasovla yeni duet üzərində çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə