Rusiya estradasının ifaçısı Stas Mixaylov Azərbaycana gələcək. SİA-nın verdiyi xəbərə görə, o, may ayının 2-4-də Heydər Əliyev Sarayında "Joker" adlı solo konsert proqramı ilə çıxış edəcək. Konsertdə Stas Mixaylov sevilən bəstələri ilə yanaşı, yeni mahnılarını da səsləndirəcək. Hər bir bəstəni yüksək keyfiyyətli, ustalıqla hazırlanmış animasiya filmləri və videoçarxlar müşayət edəcək. Biletlərin qiyməti 30 manatdır.
Qeyd edək ki, Stas Mixaylov 1997-ci ildən müğənnilik faəliyyətinə başlayıb. Onun "Sveça", "Jivoy" və başqa albomları populyarlıq qazandırıb. Xüsusilə qadınların sevimlisi olan bəstəkar-müğənni Stas Mixaylov 2009-cu ildə Şanson radiosunun keçirdiyi müsabiqədə "İlin artisti" tituluna layiq görülüb. "Меjdu nebom i zemley" mahnısına görə 2009-cu ildə "Qızıl qrammafon" Milli mükafatını qazanıb. 2010-cu ilin dekabrında isə Rusiyanın "Əməkdar artist"i fəxri adına layiq görülüb. Onu da deyək ki, səhnə obrazına və ifa tərzinə görə Stas Mixaylovu Müslüm Maqomayevlə müqayisə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB