Xanəndə növbəti uğura imza atdı

Xanəndə Qocaq Əsgərov Texasın Austin şəhərində keçirilən "Cənub-Qərb" festivalında çıxış edib. Bu haqda SİA-ya danışan muğam ifaçısı Mədəniyyət və Turzim Nazirliyinin dəstəyi ilə baş tutan yaradıcılıq səfərinin uğurlu keçdiyini dilə gətirib: " Ermənistanın da qatıldığı bu festivalda yalnız azərbaycanlı musiqiçilərə 3 günlük konsert proqramı ayrılıb. Digərlərinin payına bir gün çıxış etmək düşüb. Konsertlər Austin şəhərində fərqli məkanlarda baş tutub. Hər çıxışımda repertuarımı təkrarlamadan tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət etdillər. Festival möhtəşəm keçdi. İzləyicilər bir-birindən gözəl ifaları dinləməklə yanaşı, çoxlu sayda qırıcı təyyarələrin səmada festivalı tərənnüm edən yazıları əks etdirməsinidə izlədilər. Onu da deyim ki, bizi bu festivala Qlin Dolfi adlı rejissor dəvət edib. O, Azərbaycanda olaraq istedadlı xanəndə, musiqiçilər haqqında film çəkib. Məni də bu festivala həmin şəxs dəvət etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə