Bu dəfə də teleaparıcını gözlətdilər

Bu dəfə də teleaparıcını gözlətdilər

Yasamal rayon məhkəməsində ötən ilin iyun ayında silahlı hücuma məruz qalmış teleaparıcı İlham Mirzəyevin Asif Əliyevə qarşı iddiası əsasında qaldırılan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, məhkəmə prokuror Rizvan Sultanovun mövqeyini gözləyirdi. Lakin məhkəmə təxirə salınıb. Buna səbəb məhkum Asif Əliyevin məhkəməyə gətirilməməsi olub. Hakim Ayaz Məmmədov və prokuror Rizvan Sultanovun apardığı məhkəmə mart ayının 31-i, saat 15:00 təxirə salınıb.

Qeyd edək ki, Asif Oruc oğlu Əliyev 13 iyun 2013-cü il tarixində gecə saat 01:00 radələrində Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən "Space" telekanalının yaxınlığında, aralarında yaranmış mülki məhkəmə məsələsi ilə bağlı İ.Mirzəyevlə mübahisə edib, əlindəki bıçağı onun boğaz nahiyəsinə dirəyərək öldürməklə hədələyib. Bundan sonra vətəndaşların gözü önündə İ.Mirzəyevi nalayiq sözlərlə təhqir edib. Xuliqanlıq hərəkətlərini davam etdirən Asif teleaparıcıya qarşı zor tətbiq edərək həmin bıçaqla onun boyun və boğaz hissəsini yaralayıb. Hətta teleaparıcının boynunda yaranan problemlərə görə, həkimlər ona insult təhlükəsi diaqnozu qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə