Röya həmkarından gileyləndi

Müğənni Röya Ayxan əməkdar artist Tünzalə Ağayevadan gileylənib. SİA-nın verdiyi xəbərə görə, sənətçi verilişlərin birində Tünzalənin ona vəd etdiyi mahnını təhvil vermədiyini bildirib: "Tünzalə Ağayevanın gözəl mahnıları var. Hər həftə 4 bəstəsi işıq üzü görür. Tünzalə xanımdan mahnı da istəmişdim. Söz verdi, ancaq yazmadı. Onu da deyim ki, 2001-2002-ci ildə Tünzalə xanım mənə və xalq artisti Zülfiyyə Xanbabayevaya bəstə yazmışdı. Çox gözəl idi".

Bütün xəbərlər Facebook səhifəmizdə