Kənan M.M mərhum reper haqqında şok etiraflar etdi

Kənan M.M mərhum reper haqqında şok etiraflar etdi

Rejissor Kənan M.M reper Hüseyn Dəryanın ölümü ilə bağlı şok etiraflar edib. SİA-nın verdiyi xəbərə görə, sənətçilərin yas mərasiminə gəlməməsi Kənanı özündən çıxarıb: "Dərya getdi. Bu aləmdə çox şeyə təəccüb edirdim. Dəryanın yas mərasimində iki-üç sənət adamından başqa heç kimi görmədikdən sonra, daha heç nəyə təəccüb etmirəm. Bir zamanlar Dərya ilə duet oxumaq növbəsinə duran dırnaqarası ulduzlar, mikrofon, kamera ilə Dəryanın arxasınca qaçan jurnalistləri görmədim. Bəli, Dərya içki içirdi, indikilər içmir? Bir zamanlar narkotik maddə qəbul edirdi, indiki xalq artistləri etmir? Dəryanın bu problemləri özünə məxsus idi. Amma daxildə o məndən və özünü sığışdırmayıb narkoman yasına gəlməyənlərdən min dəfə yaxşı insan idi. Hansı müğənninin adını sevənləri divarlara yazdı? Ancaq Dərya bunu etdi. Azərbaycan repi rəhmətə getdi. Kim inciyir, özü bilər, ünvanımı bilirsiniz. Şou-biznesə nifrət edirəm. Allah sizləri hidayət etsin. Dərya gəlişi və gedişiylə partladı. Dünyaya milyon Hüseyn gələcək, heç biri Dərya olmayacaq. Onu da deyim ki, qohumları tərəfdən onun meyidini götürməyə heç kimi yox idi. Tabutunu yerdən biz dostları qaldırdıq. Orada olan kişi qeyrətli qadın sənətçilərimizin qarşısında baş əyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə