Kərim özünə titul verdi

Müğənni Kərim Abbasov özünə titul verib. Sənətçi SİA-ya açıqlaması zamanı bundan sonra şou-biznesdə "bala əjdaha" olduğunu bildirib: "Həmkarım və yerlim Nadir Qafarzadə sənətçilər arasında "əjdaha" kimi tanınır. Mən də bu gündən sonra "bala əjdaha" olacam. Ümid edirəm ki, Nadir buna görə məndən inciməyəcək. Bildiyiniz kimi, bala əjdaha anasından güclü olur. Odur ki, mən də böyüyüb ana əjdahanı keçəcəm (gülür)".

Bütün xəbərlər Facebook səhifəmizdə