Türkiyəli müğənni Murat Bozun Heydər Əliyev Sarayındakı 2 günlük konsertinin birinci günü uğurla başa çatıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi sözün əsl mənasında şou göstərib. Belə ki, Murat Türkiyədən gətirilmiş işıq və səs texnikasının köməkliyi ilə tamaşaçılarına qeyri-adi gün yaşadıb. İfaçı konsert çərçivəsində bir sıra mahnılarını sevənləri ilə birgə ifa edib. Müğənnini səhnədə braziliyalı rəqqasələr və peşəkar musiqiçilər müşayiət edib.
Qeyd edək ki, Murat Boz bu gün də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB