“The Best of Star” mükafatının təqdimetmə mərasimi keçirildi

“The Best of Star” mükafatının təqdimetmə mərasimi keçirildi

"Show production"ın təşkilatçılığı ilə hər il keçirilən "The Best of Star" mükafatı bu gün öz sahiblərinə verilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri idarə etmək İlahə Nizami qızına həvalə olunub. Sözügedən mükafat sorğu nəticəsində hər il öz fəaliyyət sahəsində fərqlənən şou-biznes nümayəndələrinə, maqazin verilişlərinə, sayt və internet portallarına, şou-biznes yazarlarına, aparıcılara təqdim olunub. Onlar arasında müğənnilərdən Yaşar Yusub, Yaşar Cəlilov, Aysel Əlizadə, Vüqar, Emil Bədəlov, Kərim Abbasov, Sevinc Ağaşirinova, dj Çina, rəqqasə Fatimə Fətəliyeva, aparıcılardan Zabir Əliyev, Samir Bayramlı, prodüser Tolik (Tarix Əliyev), media mənsublarına və başqalarına verilib.

"The Best of Star" mükafatlandırma mərasimində maraqlı anlar yaşanıb. Belə ki, teleaparıcı Samir Bayramlı doğum gününün ilk hədiyyəsini "Show production" tərəfindən "İlin peşəkar teleaparıcı" nominasiyası ilə təltif olunub. Digər yadda qalan məqam isə prodüser Tolikin mərasimin aparıcısı İlahə Nizami qızına gül dəstəsi göndərməsi olub. Daha sonra sənətçilər ard-arda repertuarlarında olan mahnılarını səsləndiriblər.

Qeyd edək ki, "The Best of Star" mükafatına Səs İnformasiya Agentliyinin əməkdaşı Ceyran Əsgərova da "İlin peşəkar jurnalisti" adına layiq görülüb.

Fotolar müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə