Xalq artisti bir gündə 2 itki verdi YENİLƏNİB

Xalq artisti bir gündə 2 itki verdi YENİLƏNİB

Tanınmış xalq artisti, tarzən Ağasəlim Abdullayevin ailəsində ağır itki üz verib. SİA-nın məlumatına görə, tarzən Ağasəlim Abdullayev, həyat yoldaşı və nəvəsi avtomobil qəzasına düşüb.

Nəzərinizə çatdıraq ki, qəza zamanı xalq artistinin adını daşıdığı nəvəsi Ağasəlim, həyat yoldaşı dünyasını dəyişib. Sənətkarın özü ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qəza bu gecə Zığ şossesində baş verib. Hava limanı istiqamətində hərəkətdə olan "Mercedes Gallenwagen" maraklı avtomobil idarəetmədən çıxaraq "VAZ 2106" maraklı minik maşınına çırpılıb. Zərbənin gücündən Ağasəlim Abdullayevin avtomobili tanınmaz hala düşüb.

Qeyd edək ki, xalq artisti, tarzən Ağasəlim Abdullayev bu gün səhər saatlarında xəstəxanadan evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə