Reper Hüseyn Dəryanın başına iş gəlib. SİA-nın verdiyi xəbərə görə, Hüseyn Bakının Xəzər rayonu ərazisində avtomobil qəzasına düşüb. Belə ki, Hüseyn Dərya idarə etdiyi "99 EK 575" dövlət nömrə nişanlı "Opel Astra" minik avtomobili qarşı tərəfdən gələn yük maşını ilə toqquşub. Hüseyn Dərya dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda reper reanimasiya şöbəsindədir.
Qeyd edək ki, Hüseyn Dərya qəza nəticəsində qapalı kəllə-beyin travması alıb. Sağ qamu sümüyü sınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB