Meyxanaçı Üzeyir Mehdizadənin "Mənə gəl" mahnısı İrəvanda bir çox insanlar tərəfindən sevilərək dinlənilir. Bu haqda SİA-ya danışan Üzeyir maraqlı açıqlama verib: "Onlar hələ də bizi unutmayıb və musiqimizlə yaşayırlar. Qədim Azərbaycan torpağı olan İrəvandan səsimiz eşidilirsə, bu böyük uğurdur. Çünki sərhədlərimizin bağlı olduğu zamanda mahnımız orada səslənirsə demək ki, qısa zamanda özümüz də o torpaqlara gedəcəyik".
Qeyd edək ki, "Mənə gəl" bəstəsi bir müddət öncə böyük qalmaqala səbəb olmuşdu. Belə ki, Üzeyirin duet ortağının səsi Röya Ayxanın səsinə bənzədiyi üçün Üzeyir və Röya dueti kimi adlandırıldı. Röya isə sözügedən dueti oxuduğunu təkzib etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB