“Ümid var” verilişi bağlanacaq

“Ümid var” verilişi bağlanacaq

ATV telekanalının "Ümid var" verilişi 15 mart 2014-cü il tarixdən etibarən öz fəaliyyətini dayandıracaq.

SİA-nın məlumatına görə, bu haqda layihənin rəhbəri Nəmənd Rüstəmov danışıb: "Ümid var" verilişinin bağlanması ilə bağlı yayılan informasiya həqiqətə uyğundur. Bu kanalın Bədii Şurasının qəbul etdiyi qərar olduğundan biz də həmin qərara hörmətlə yanaşaraq bildiririk ki, bu gün "Ümid var" verilişinin son buraxılışı ilə tamaşaçıların görüşünə gələrək onlarla sağollaşacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə