Müğənni: “Rəhim Rəhimli mənim çiynimdə gedəcək”

Müğənni: “Rəhim Rəhimli mənim çiynimdə gedəcək”

Müğənni Niyam Səlami şou-biznesdə dostluq etdiyi sənətçinin adını açıqlayıb. Səlami SİA-ya açıqlamasında dostu olmayan insanlara yaxşı münasibətdə olmadığını dilə gətirib: "Kimsə söyləyirsə, dostum yoxdur, demək ki, o, həyatda çox bədbəxt insandır. Kimsə hansısa adanı alıb orada istirahət edə bilər. Ancaq dost olmayan yerdə dincəlmək olmaz. Dost bağışlamağı bacarmalıdır. Elə insanlar var ki, onlar pul üçün yox, dostluğa görə lazımdırlar. Onu da deyim ki, sənətçilər arasında qondarma dostlar çoxdur. "Dostluq" edənlərə ayıb olsun. Mənə müğənnilər içərisində Rəhim Rəhimli çox yaxındır. Mən öləndə Rəhimin çiynində gedəcəm. O, dünyasını dəyişəndə isə mənim çiynimdə gedərək dəfn olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə