Sənətçini 2 aydan sonra tanımayacaqsınız

Sənətçini 2 aydan sonra tanımayacaqsınız

Müğənni Günay İbrahimli görnüşündən söz açıb. Günay SİA-ya açıqlaması zamanı konsertindən sonra imicində xeyli dəyişiklik etdiyini söyləyib: "Şou-biznesdə olan insan gərək hər zaman tamaşaçılarının önünə fərqli obrazlarda çıxsın. Hazırda saçlarımı qısaltmışam. Hələ yenə də dəyişmək fikrim var. 2 aydan sonra yeni klipimdə məni fərqli görkəmdə görəcəksiniz".

Xanım İbrahimli yaradıcılığında olan yeniliklərindən də danışıb: " "Qala" qrupunun solisti Ceyhunla yenidən ritmik duet oxuyacağıq. Mahnının adını deməyəcəm. Çünki o mövzuda hələ ki, Azərbaycanda bəstə yoxdur. Məni sevənlər də mahnını çox bəyənəcəklər. Yaxın günlərdə Ceyhunla olan duetimi tamaşaçılara təqdim edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə