İfaçı yenilik etdi FOTOLAR

Gənc və istedadlı müğənni Anar Məmmədov yaradıcılığında yenilik edib. İfaçı bu haqda SİA-ya danışaraq yeni klip çəkdirdiyini bildirib: ""Sənsizəm" adlı bəstəmə ekran işi verilib. Klipi Emin Muradov lentə alıb. Ekran işində tərəf müqabilim "Miss Azərbaycan 2013" müsabiqəsində ikinci yerə layiq görülən model Humray Qulamovadır. Bir neçə gündən sonra klip tamaşaçılara təqdim olunacaq".

Qeyd edək ki, "Sənsizəm " adlı mahnının sözləri və musiqisi İlahə Qismətə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə