Müğənni Xatirə İslam görkəmindən danışıb. Sənətçi SİA-ya açıqlaması zamanı 20 kiloqram arıqladığını deyib: "20 kiloqram arıqlasam da, efirdə kök görünürəm. Ana olmamışdan öncə 84 kiloqram idim. Daha sonra arıqlayaraq 64 kiloqram oldum. Heç bir pəhriz saxlamıram. Çünki yeməklərə qarşı iradəm çox zəifdir. Xanımlar arıqlamaq üçün gərək mənim kimi müğənni olub, çəkilişlərə gedib, hərəkətdə olsunlar (gülür)".
Xatirə İslam yaradıcılığından da söz açaraq yeni bəstə üzərində işlədiyini bildirib: "Bildiyiniz kimi, son günlərdə bir neçə duetlərim işıq üzü gördü. Ancaq hazırda solo mahnı üzərində çalışıram. Mahnının sözləri Azər Şirinə, musiqisi isə Veysələ məxsusdur. Daha bir bəstəm üzərində isə Rabillə çalışıram. Gələn həftə yeni mahnılarımı sevənlərimə təqdim edəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB