Müğənni Elvin Abdullayev və rejissor Afət Mehdiyeva özlərinə vağzalı çaldırıblar. SİA-nın verdiyi xəbərə görə, cütlüyün xoş günündə qohumları ilə yanaşı, sənət dostları da olub. Belə ki, gecəyə xalq artisti Flora Kərimova, əməkdar artistlərdən Nüşabə Ələsgərli, Cavanşir Məmmədov, Almaz Ələsgərli, müğənnilərdən Nadir Qafarzadə, Elton Hüseynəliyev, Sevda Yahyayeva, Elçin Cəfərov, Günay İbrahimli, Kamil Cəfərov, Elçin Hüseynov, Xatun, Emil Bədəlov, Sənan Əliyev, Samir Piriyev, prodüserlərdən Təranə Səmədova, Elçin Quliyev, aparıcılardan Kamran Quliyev, İlkin Həsəni, Günel Hümbətova, Afaq Gəncəli və başqaları təşrif buyurub.
Maraqlı anlarla yadda qalan gecədə bəy və gəlinin toydan öncə çəkdirdikləri videoçarx nümayiş olunub.
Qeyd edək ki, el şənliyində tanınmış ifaçılar ard-arda mahnılarını oxuyaraq rəqs ediblər.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB