Yasamal rayon məhkəməsində ötən ilin iyun ayında silahlı hücuma məruz qalmış teleaparıcı İlham Mirzəyevin Asif Əliyevə qarşı iddiası əsasında qaldırılan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, hakim Ayaz Məmmədov və prokuror Rizvan Sultanovun apardığı prosesdə Asif Əliyevin vəkilləri yeni vəsadət ortaya çıxarıblar. Belə ki, vəkillərin iddialarına görə hakim Ayaz Məmmədov, prokuror Rizvan Sultanov başqa hakimlə və prokrorla əvəz olunsun. Təqsirləndirilən tərəfin vəkillərinin vəsadəti hakim Ayaz Məmmədov tərəfindən rədd edilib.
İ.Mirzəyevin vəkilləri isə teleaparıcıya dəymiş maddi və mənəvi ziyanı sübut edən sənədi hakimə təqdim ediblər. Qarşı tərəfin vəkilləri isə sənədləri nəzərdən keçirmək üçün 1 gün vaxt istəyiblər.
Qeyd edək ki, Asif Oruc oğlu Əliyev 13 iyun 2013-cü il tarixində gecə saat 01.00 radələrində Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən "Space" telekanalının yaxınlığında, aralarında yaranmış mülki məhkəmə məsələsi ilə bağlı İ.Mirzəyevlə mübahisə edib, əlindəki bıçağı onun boğaz nahiyəsinə diriyərək öldürməklə hədələyib. Bundan sonra vətəndaşların gözü önündə İ.Mirzəyevi nalayiq sözlərlə təhqir edib. Xuliqanlıq hərəkətlərini davam etdirən Asif teleaparıcıya qarşı zor tətbiq edərək həmin bıçaqla onun boyun və boğaz hissəsini yaralayıb. Hətta teleaparıcının boynunda yaranan problemlərə görə, həkimlər ona insult təhlükəsi diaqnozu qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB