Bu gün müğənni Kərim Abbasovun "Mənə bir az ondan danış" adlı klipinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, səbəbkar xoş gününə sənət dostlarını da başına cəm edib. Belə ki, onu təbrik etmək üçün müğənnilərdən Səidə Sultan, Xatun, Emil Bədəlov, Niyam Səlami, Xatirə İslam, Ramal İsrafilov, yazar Vüqar Rahi, media mənsubları və başqaları yer alıb.
Kərim klipi haqqında ağızdolusu danışaraq gördüyü işi çox bəyəndiyini söyləyib: "Ekran işində baş rollarda Xəyalə və Günay oynayıb. Tarda isə məni Emil Bədəlovun qayınları Əli və Abbas müşayət edib. Onu da deyim ki, "Mənə bir az ondan danış" adlı klipimi məhz həbsxanada çəkməyimə səbəb harayımı sevdiyim yara dostumun vasitəsi ilə zindandan çatdırmaqdır. Düşünürəm ki, bu ekran işim yaradıcılığımda böyük uğur gətirəcək".
Tədbirdə yadda qalan anlarda olub. Kərimin Xatirəylə, Emillə rəqs etməsi mərasimə daha da rəngarənglik qatıb.
Qeyd edək ki, təqdimat mərasiminin sonunda səbəbkar tort kəsib.
Fotolar müəllifə məxsusdur:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB