Türkiyəli müğənni Ebru Gündəşin həyat yoldaşı, iş adamı Rza Zərrab 11 min manat pul qazanıb. SİA-nın verdiyi xəbərə görə, Zərrabın "El Ganador" ləqəbli ingilis atı at yarışmasında birinciliyi qazanıb."El Ganador"un qalib gəldiyi yarışlardan yığılan ümumi məbləğ 238 min lirəyə (təxminən, 96 min AZN) çatıb.
Qeyd edək ki, R. Zərrab daha bir atı xanımı Ebru Gündəşə ötən il ad günü hədiyyəsi olaraq bağışlamışdı. 800 min lirə (təxminən, 320 min AZN) dəyəri olan at müğənniyə indiyədək 1.5 milyon lirə (təxminən, 600 min AZN) qazandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB