Müğənni kimi günahkar bildi?

Müğənni Nuri Şənləndirici Rəqsanənin ifa etdiyi "Sevgi sərxoşu" mahnısına müraciət edib. Bu haqda SİA-ya Rəqsanə danışıb: "Mən Nuri Şənləndiriciyə və bəstəkar Lamiyyə Ələkbərovaya hörmət edirəm. Nuri mənim bəstəmin olduğunu bilmədən oxuyubsa, onu qınamağa haqqım yoxdur. Lamiyə N. Şənləndiriciyə mahnımı təqdim etməmişdən öncə söyləməli idi ki, mən artıq "Sevgi sərxoşu" mahnısını ifa etmişəm".

Qeyd edək ki, Rəqsanə Moskvaya və Türkiyəyə səfər edəcək. O, martın ikinci həftəsində yenidən paytaxta dönəcək. Sənətçi Novruz bayramında Naxçıvanda konsert proqramı ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə