Bu gün müğənni Məryəm Şabanovanın ilk "Mənim dünyam" adlı klipinin təqdimatı baş tutub. SİA-nın verdiyi xəbərə görə, sözügedən ekran işi sənətçi tərəfindən 8 Mart hədiyyəsi olub. Müğənni klipi anasının simasında olan bütün analara ithaf edib. Ekran işinin çəkilişləri Bakı ilə yanaşı, Lerik və İsmayıllıda da aparılıb. Klipi Ceyhun Kərimov lentə alıb.
Nəzərinizə çatdıraq ki, ekran işində sənətçinin oğulları David və Daniel Şabanovlar çəkilib. Məryəm obrazını 6 yaşlı Milena Hikman canlandırıb. Ana rolunu isə Aynur Məmmədova ifa edib.
Qeyd edək ki, "Mənim dünyam" adlı mahnının musiqisi Məryəm Şabanovanın, sözləri Esmiraldanın, aranjimanı isə Osman Həmidovundur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB