Daha bir qalmaqala imza atıldı FOTO

Daha bir qalmaqala imza atıldı FOTO

Daha bir qalmaqala imza atılıb. Belə ki, müğənni Səidə Dadaşova verilişlərin birində teleaparıcı-müğənni Kamran Həsənlinin ünvanına xoşagəlməz sözlər söyləyib: "Hamiləlik xəbərim haqqında Kamran Həsənli bildirmişdi ki, özümü reklam edirəm. Kamran getsin, zurnasını çalsın. Əsl sənəti klarnet çalmaqdır. O, mənimlə baş-başa gələ bilməz. Kamran müğənni deyil, özünə görə aparıcıdır".

Məsələ ilə əlaqədar olaraq qarşı tərəfində fikirlərini öyrəndik. Kamran SİA-ya açıqlaması zamanı 10 ildən çoxdur ki, Səidəni görmədiyini dedi: "Mən sözügedən xanım haqqında heç bir fikir bildirməmişəm. Hətta Səidə Dadaşovanı 10 ildən artıqdır ki, görmürəm. Bildiyim qədəri ilə o, heç Azərbaycanda da deyildi. Barəmdə dediyi xoşagəlməz sözlərə görə heç nə demirəm. Yəqin kimsə Səidə xanıma səhv məlumat çatdıraraq aranı qızışdırmaq istəyir. Onu da deyim ki, S. Dadaşova düz söyləyib ki, mən müğənni yox, aparıcıyam. Sadəcə xoşagələn bəstə olanda və ürəyim istəyəndə ifa edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə