Müğənnilər Bahar Lətifqızı və Əflatun Qubadov bir araya gəliblər. Bu haqda SİA-ya Baharın özü məlumat verib: "Əflatun müəllimlə birgə duet ərsəyə gətiririk. "Mən səni canımdan çox istəyirəm" adlı mahnımızı bir neçə gündən sonra tamaşaçıların ixtiyarına verəcəyik. Onu da deyim ki, 8 illik fəaliyyətimdə birinci dəfədir ki, duet oxuyuram".
Daha bir yeniliyindən söz açan Lətifqızı yeni mahnısının da işıq üzü görəcəyini bildirib: "Yenə də "Gecələr" adlı bəstə oxuyacam. Bu mahnım ritmik olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB