İlham Mirzəyevə xəsarət yetirən məhkəmə qarşısında

İlham Mirzəyevə xəsarət yetirən məhkəmə qarşısında

Bu gün teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs edilən Asif Əliyevin məhkəməsi baş tutub. SİA-nın verdiyi məlumata görə, martın 5-də Yasamal Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs edilən Əliyev Asif Oruc oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Asif Əliyevin vəkili Cavanşir Süleymanov teleaparıcı İlham Mirzəyevin boyun nahiyəsindən küt alətlə aldığı zərbənin yalan olduğunu bildirib. Vəkilin sözlərini eşidən İlham Mirzəyev hisslərinə sahib ola bilməyərək ona etiraz edib.

Teleaparıcı məhz boynundan aldığı zərbəyə görə hətta insulut ola biləcəyini söyləyib: "Gecə saatlarında mənə Əliyev Asif Oruc oğlu və iki üzü maskalı insan tərəfindən xəsarət yetirilib. Boyun nahiyəmdən güclü zərbələr endiriblər. Buna görə də insulut olmaq təklükəm var. Əgər mənə nəsə olarsa uşaqlarıma himayədarlıq edən olmayacaq. Ona görə hakimdən xahiş edirəm ki, ədalətli qərar çıxarsın".

Məhkəmə təqsirləndirilən və iddiaçı tərəflərin müzakirələri ilə davam edib.

Məsələ ilə əlaqədar olaraq teleaparıcının vəkilləri Rəna Həsənli və Xanlar Bayramzadə münasibət bildirib.

Rəna Həsənli: "İlham Mirzəyev işdən çıxan zaman qohumu Əliyev Asif Oruc oğlu tərəfindən hücuma məruz qalıb. Küt alətlə İlham Mirzəyevə xəsarət yetirib. Hətta Asifin yanında iki nəfər də olub. Bu hərəkətindən öncə də o İlham bəyə xoşagəlməz sözlər işlədərək təhqir edib. İddiaçı tərəf dəfələrlə cəhd etsə də təqsirliəndirilən şəxs arasında barışıq baş tutmayıb. Buna görə də məhkəmə hələ də davam etdirilir".

Xanlar Bayramzadə: "İlham Mirzəyev 13.06.2013 tarixdə qohumu Əliyev Asif tərəfindən xəsarət yetirildiyi üçün Hüquq Mühafizə Orqanlarına müraciət edib. Hətta Asif İlham bəyi ölümlə də hədələyib. Buna görə də İlham Mirzəyev Yasamal Rayon Polis İdarəsinə müraciət edib və cinayət işi qaldırılıb. Yasamal Rayon Məhkəməsi isə Asif Əliyev barəsində həbs qəti-imkan tədbiri seçib. İstintaq aparılıb, barəsində Azərbaycan Respublikası CM-in 127.2,3 134 və 221.3-cü maddələri ilə cinayət işi aşılıb. Hazırda iş məhkəmə tərəfindən araşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə