Müğənni 500 manat ziyana düşdü AÇIQLAMA-FOTO

Müğənni 500 manat ziyana düşdü AÇIQLAMA-FOTO

Müğənni Elvin Abdullayevin başına iş gəlib. Belə ki, sənətçi iki gün ard-arda avtomobil qəzası keçirib. Bu haqda SİA-ya Elvinin özü məlumat verib: "2 gün ard-arda qəza ilə üzləşdim. Birinci gün mən kiminsə avtomobilini, ikinci gün isə kimsə mənim avtomobilimi vurdu. Çox ağır qəza olmadı. Ancaq 500 manat ziyana düşdüm. Səhhətimdə də hər şey yaxşıdır".

Qeyd edək ki, Elvin Abdullayev mart ayının 12-də özünə toy çaldıracaq. O, ATV telekanalının əməkdaşı Afət Mehdiyeva ilə ailə həyatı quracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə