“The Best of Star” mükafatının qalibləri kim olacaq?

“The Best of Star” mükafatının qalibləri kim olacaq?

Hər il keçirilən "The Best of Star" mükafatı bu il də öz sahiblərinə veriləcək. SİA-ya təşkilat komitəsindən verilən məlumata görə, qaliblərə diplomla yanaşı, tədbirin sponsorları tərəfindən hədiyyələr və endirim kuponları da təqdim olunacaq.

Nəzərinizə çatdıraq ki, "The Best of Star" mükafatı "Şou Prodakşn" tərəfindən təsis olunub. Mükafatın verilməsinə səbəb hər il öz fəaliyyət sahəsində fərqlənən şou-biznes nümayəndələrini, maqazin verilişlərini, sayt və internet portallarını, şou-biznes yazarlarını, aparıcıları, modelyerləri, modelləri sorğu nəticəsində müəyyən etmək və onları ictimaiyyətə tanıtdırmaqla fəaliyyətlərini qiymətləndirməkdir.

Qeyd edək ki, sorğuda iştirak etmək üçün "Şou Prodakşn"-nın "Facebook" səhvəsinə qoşulmaqla və e-poçt ünvanına ([email protected] ) rəy bildirməklə iştirak etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə