Rəqsanə 9 tonluq suyun içində nə edəcək? FOTOLAR

Rəqsanə 9 tonluq suyun içində nə edəcək? FOTOLAR

Müğənni Rəqsanə İsmayılova Türkiyədə ilk klipinin çəkilişlərinə start verib. SİA-nın məlumatına görə, sənətçi çəkilişdən əvvəl media nümayəndələri ilə görüşüb. O, Türkiyədəki fəaliyyətindən, yeni klipindən söz açıb: "Azərbaycanda çox tanınmış ifaçıyam. İnanıram ki, Türkiyədə də ən az öz ölkəmdəki qədər seviləcəm. Mən eyni zamanda bəstəkar kimi də fəaliyyət göstərirəm. Yeni bəstəm var. Onu çox sevdiyim ifaçı Selami Şahinə vermək istəyirəm".

Ekran işinin rejissoru Teoman Topcu da klip haqda öz fikirlərini dilə gətirib: "Çəkilişlərin bir hissəsi hovuzda baş tutacaq. Hovuzumuza 9 ton su doldurmuşuq. Bu, bizə asan başa gəlmədi. İndi də onun isinməsini gözləyirik".

Qeyd edək ki, ekran işində Türkiyədə fəaliyyət göstərən ispaniyalı aktyor və model Karlos Martin rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə