Qalmaqallı prodüser Təranə Səmədova keçmiş həyat yoldaşı müğənni Kərim Abbasov haqqında şok fikirlər söyləyib. Belə ki, Təranə Kərimin övladının olmadığını bildirib: "Mətbuatda oxudum ki, həyat yoldaşı 7 aylıq hamilədir. Səhəri gün onları Oksana və Elşadın toyunda gördüm. Arvadının qarnı belinə dəyirdi. Bunu əminliklə deyirəm və faktın arxasında da dururam ki, Kərimin heç vaxt uşağı olmayacaq. Əgər özünə əmindirsə övladını ortaya çıxarsın və sübut etsin ki, onun uşağıdır."
Məsələ ilə əlaqədar olaraq qarşı tərəfin də fikirlərini öyrəndik. O, SİA-ya açıqlaması zamanı Təranənin psixi problemi olduğunu söylədi: "Heç kim mənim şəxsi həyatıma qarışa bilməz. Mən oğlumu uşaqlar evindən və ya zibilxanadan götürmüşəmsə bunun heç kimə dəxli yoxdur. Özüm bilərəm. Hazırda Təranə adlı xanımla evliyəm və çox xoşbəxtəm. Kim mənim haqqımda xoşagəlməz fikirlər səsləndirirsə demək ki, paxıllığımı çəkir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB