Yaşar Cəlilovun arxivindən nə çıxdı?

Yaşar Cəlilovun arxivindən nə çıxdı?

Müğənni Yaşar Cəlilovun uşaqlıqda çəkilən videosu yayılıb. Görüntüdə Azərbaycan Dövlət Televiziyasının Uşaq Filarmoniyasının nəzdində təşkil etdiyi konsert lentə alınıb. Hər zaman pop janrında mahnılar ifa etməsinə öyrəşdiyimiz Yaşar burada xalq mahnısını səsləndirir.

Bununla bağlı müğənninin özü ilə əlaqə saxladıq. O, SİA-ya açıqlaması zamanı xanəndəlik üzrə təhsil aldığını bildirdi: "Mən musiqi məktəbində, Uşaq Filarmoniyasında, daha sonra isə Bülbül adına orta ixtisas musiqi məktəbində xanəndəlik fakültəsində təhsil almışam. Hər kəs bilir ki, bütün mahnılarımızın kökü muğamdır. Belə bir bacarığımın olmasına görə özümlə fəxr edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə