Elza Seyidcahan Türkiyə şou-biznesinə qatılır? AÇIQLAMA

Elza Seyidcahan Türkiyə şou-biznesinə qatılır? AÇIQLAMA

Əməkdar artist Elza Seyidcahan Türkiyəyə yollanıb. Bu haqda SİA-ya sənətçinin bacısı məlumat verib: "Elza hazırda millət vəkili Qənirə Paşayevayla qardaş ölkədədir. O, yaradıcılıq işləri ilə əlaqədar olaraq Türkiyəyə yollanıb. Hətta E. Seyidcahan orada mahnısını da lentə aldıracaq. Xanım Seyidcahan Türkiyədən qayıtdıqdan sonra bir çox layihələrə imza atmağı planlaşdırır".

İfaçının bacısı Elza xanımın Türkiyə şou-biznesinə qatılmaq fikrində olmadığını da bildirdi: "Elza Azərbaycanda sözünü deyən sənətçilərdəndir. Müğənni hələ ki, qardaş ölkənin şou-biznesinə qatılmaq fikrində deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə