Hər kəsin "Toppuş bacı" kimi tanıdığı əməkdar artist Tünzalə Əliyeva yenidən əməliyyat olunub. O, bu dəfə də arıqlamaq məqsədi ilə cərrahiyə masasına əyləşib.
Yenicə əməliyyat olunan aktrisanın səhhətinin hazırda nə vəziyyətdə olduğunu bilmək üçün özü ilə əlaqə saxladıq. Tünzalə SİA-ya açıqlaması zamanı özünü yaxşı hiss etdiyini bildirdi: "Hazırda səhhətim normaldır. Toyumdan öncə əməliyyat olunanda anama söz vermişdim ki, yenidən cərrahiyə masasına əyləşməyəcəm. Ancaq əməliyyatım istədiyim nəticəni vermədiyi üçün yenidən etdirdim. Bir sözlə, istədiyim bədən quruluşunu əldə etməyənə qədər əməliyyat olunacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB