Əməkdar artistin bu dəfəki qonağı kimdir? FOTOLAR

Əməkdar artistin bu dəfəki qonağı kimdir? FOTOLAR

Əməkdar artist Tünzalə Ağayevanın "TRT – Muzik" kanalında aparıcılıq etdiyi "Bir sesin cazibəsi" verilişinin bu həftəki qonağı Türkiyədə bir çox mükafatlar qazanmış Çingiz Özkan olacaq. SİA-nın verdiyi xəbərə görə, hər şənbə saat 00:30-da efirə gedən verilişə yalnız musiqi dünyasının tanınmış sənətçiləri çağırılır.

Xatırladaq ki, "Bir sesin Cazibesi" proqramı böyük marağa səbəb olduğuna görə Türkiyənin daha bir kanalı, "TRT– Avaz" Tünzalə xanımın ötən həftəki verilişini təkrar yayımlayıb.

Qeyd edək ki, T.Ağayevanı "Bir sesin cazibesı" proqramında 15 musiqiçidən ibarət Anakara Kent Orkestri müşayiət edir. Orkestrin rəhbəri Cüneyt Sözmendir.

Bütün xəbərlər Facebook səhifəmizdə