Türkiyəli müğənni göz yaşlarına hakim ola bilmədi

Türkiyəli müğənni göz yaşlarına hakim ola bilmədi

Türkiyəli müğənni Ziynət Sali çəkiliş zamanı göz yaşlarına qərq olub. SİA-nın verdiyi xəbərə görə, "X Factor Ulduz İşığı" yarışmasında Əmrah Bayam adlı iştikakçının "Kaçak" mahnısını ifa etdiyi zaman sənətçi göz yaşlarını saxlaya bilməyib. Bəstədəki "Nə məlum, dünya gözüylə bir daha görərəmmi?" sözləri ifaçını kövrəldib. O, illər öncəyə qayıdaraq keçmiş sevgilisini xatırlayıb.

Qeyd edək ki, Ziynət Sali bir zamanlar Hamit Altıntopla sevgi macərası yaşayıb. Cütlük bir müddət sonra ayrılıb, dərhal sonra isə Altıntop nişanlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə